RU

Salyanda talvar yanıb

Salyanda
Salyan rayonunun Yenikənd kəndində ümumi sahəsi 530 m² olan talvarda yanğın baş verib. 1news.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 530 m² olan talvarın yanar konstruksiyaları, altına yığılan 200 ton ot bağlamasının 100 tonu, talvara bitişik sahəsi 190 m² olan anbarın yanar konstruksiyaları və içərisində olan 8 ton taxıl yanıb.

"Ot bağlamalarının qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - qurumdan əlavə olunub.

Избранный
26
7
1news.az

10Источники