GORANBOY, 10 oktyabr. TELEQRAF
Oktyabr ayının 8-də Goranboy rayonunun Bolsulu kəndində kövşənlikdə yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, araşdırmalarla kənd sakini Şahin Qurbanovun 18 sot biçilmiş əkin sahəsini yandırdığı təsdiqini tapıb.
Ş.Qurbanovun barəsində qanunvericiliyə uyğun tədbir görülüb.