RU

Prezidentlərin görüşündən sonra atılacaq İLK ADDIM

“Düşənbədə keçirilən Putin-Əliyev danışıqları Rusiya ilə Azərbaycan arasında münasibətlərdə uzun sürən qeyri-müəyyənlik dövrünə son qoyacaq”.

KONKRET.az xəbər verir ki, bunu globalinfo.az-a “PolitRus” informasiya-analitik portalının rəhbəri, tanınmış rus politoloq Vitali Arkov deyib.

“Hamımızın müşahidə etdiyi kimi, demək olar ki, bütün iqtisadi layihələr və onlar üzrə hökumət səviyyəsində fəal əməkdaşlıq davam edirdi. Digər tərəfdən, Bakı Moskva ilə birgə mədəni layihələrdə iştirakını nümayişkaranə şəkildə dayandırdı və tərəflər Rusiyada mütəşəkkil cinayətkarları, Azərbaycanda jurnalistləri və IT mütəxəssislərini həbs etməklə bir-birinin eqolarına çox həssas zərbələr endirdilər.

İnanıram ki, Bakı bu nümayişkaranə kəşfiyyat əməliyyatlarında saxlanılan bütün Rusiya vətəndaşlarını Moskvaya təhvil verəcək. Moskva da öz növbəsində Rusiyanın regionlarındakı azərbaycanlı icmaların rəhbərliyini Rusiya qanunlarına ciddi əməl etməyə çağırmaqla, onları narahat edən bəzi məqamları aradan qaldıracaq. Güman edirəm ki, Ağalarovlar ailəsinin ölkəmizdə qalan biznes layihələri ilə bağlı da dəyişikliklərin şahidi. Bütövlükdə, bəzi xarici destruktiv qüvvələrin arzuladığı Rusiya ilə Azərbaycan arasında münasibətlərin tamamilə pozulması əvəzinə, biz münasibətlərin yenidən qurulmasını və yeni səviyyəyə qalxmasını müşahidə edirik.

Hər iki tərəfin müəyyən səhvlərinə baxmayaraq, Rusiya və Azərbaycan rəhbərlərinin müdrikliyi yaranmış mürəkkəb vəziyyəti müsbət məcraya yönəltməyə və qarşıdurmaya son qoymağa imkan verdi”.

Избранный
7
1
konkret.az

2Источники