BAKI, 10 oktyabr. TELEQRAF
Filippin sahillərində 7,3 maqnitudalı zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, zəlzələnin episentri Mati şəhərindən 60 km şimal-şərqdə yerləşib, ocağı isə 62 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat yoxdur.