Filippin sahillərində 7,3 maqnitudalı zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumatına görə, zəlzələnin episentri Mati şəhərindən 63 km şimal-şərqdə yerləşib, ocağı isə 53 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat yoxdur.