RU

Əliyev-Putin görüşü: Azərbaycan həddini aşdığını anladı - Xramçixinin şərhi

Hər iki tərəf son aylarda Azərbaycanda rusiyalı turistlərlə bağlı insidentə səbəb olan kəskin gərginliyi bir qədər yumşaltmaq istəyib.

Bu sözləri rusiyalı analitik Aleksandr Xramçixin Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin bu gün Düşənbədə baş tutan görüşü haqda qeyd edib.

O bildirib ki, Putin bir daha Rusiya tərəfinin üzrxahlığını təkrar edərək, vəziyyətə aydınlıq gətirməyi zəruri hesab edib:

“Lakin başa düşmək lazımdır ki, bu, təkcə insident və ondan irəli gələn sırf ikitərəfli eskalasiya deyildi, bütün bunlarda geosiyasi amil də var idi. Qərb indiki mərhələdə Rusiyaya qarşı insidentdən səmərəli istifadə edərək, Azərbaycanı bu geosiyasi qarşıdurmaya daha da cəlb etməyə çalışdı, bu zaman Azərbaycan tərəfi Ukrayna ilə daha da sıx əməkdaşlıq etməyə başladı”.

Onun sözlərinə görə, bu görüş Rusiya-Azərbaycan münasibətlərində böyük irəliləyişə səbəb olmayacaq:

“Ola bilsin ki, Azərbaycan tərəfi sadəcə olaraq bu gərginlikdə həddini aşdığını anlamağa başlayıb ki, bu da Azərbaycanın maraqlarına uyğun deyil”.

Xramçixinin fikrincə, Ermənistan və Azərbaycan Vaşinqton razılaşmalarına gedərkən Rusiya-Azərbaycan münasibətlərində gərginlik pik həddə idi:

"Təbii ki, o gərgin vəziyyətdə Rusiya vasitəçilik edə bilmədi, Vaşinqton vasitəçi oldu və indi gərginliyi yumşaltmaq vaxtıdır. Axı Azərbaycan tərəfi Rusiyaya çağırış təşəbbüsü ilə çıxış edib, onun ardınca bu görüş olub, ona görə də hər şey məntiqlidir”. \\BakuPost

Избранный
29
hurriyyet.az

1Источники