RU

Böyük Britaniyada yarım milyondan çox uşaq sosial müavinət borcu olan ailələrdə yaşayır

London, 9 oktyabr, AZƏRTAC

Böyük Britaniyada 500 mindən çox uşaq hökumətə borclu olan ailələrdə böyüyür.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, bu borcların əsas səbəbi sosial yardım sistemi ilə bağlı yaranan maliyyə çətinlikləridir. Hazırda ümumi sosial yardım alan 800 mindən çox ailə aylıq müavinətindən müəyyən məbləğ itirir. Səbəb odur ki, ailələr yardım almağa başladıqda, ilk ödənişi almaq üçün beş həftə gözləməli olurlar. Bu dövrdə yaşamaq xərclərini qarşılamaq üçün hökumətin Əmək və Pensiya Nazirliyindən borc götürürlər. Sonradan bu borclar onların hər ay aldıqları sosial müavinətdən tutulur.

Azad məlumat əldə etmə qanunları əsasında açıqlanan statistika göstərir ki, ümumi sosial yardım alan ailələrin təxminən 13 faizi bu borclara məcbur qalır. Qurumun təhlilinə əsasən, keçən il bu ailələrdən ümumilikdə 143 milyon funt sterlinq geri alınıb. Təşkilat və bir sıra siyasətçilər maliyyə naziri Reyçel Rivzə müraciət edərək bu borcların gələcək büdcədə qrantlara çevrilməsini və beləliklə, ailələrin “borc tələsi”ndən xilasını tələb ediblər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
39
3
azertag.az

4Источники