RU

Tuxel: “Dünya çempionatına autsayder kimi getməliyik”

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel açıqlama verib.

Futbolpress.az “Daily Mail”ə istinadən xəbər verir ki, mütəxəssis 2026-cı ildə keçiriləcək dünya çempionatında favoritlərdən olmadığını deyib:

“Namizədlərdən ola bilərsiniz, amma favorit deyilsiniz. Braziliya, Argentina, İspaniya və Fransa kimi komandalar var. Ancaq bu, şansımızın olmadığı anlamına gəlmir. Maksimum çalışıb, maksimum irəli getməyə çalışacağıq.

Dünya çempionatına autsayder kimi getməliyik. Çünki heç vaxt qalib olmamışıq və çempionlara qarşı mübarizə aparacağıq. Başa düşmürəm ki, nə üçün özümüzü favorit görməliyik? Nə vaxt bu turnirdə çempion olmuşuq? Özümüzü yümkləməyək. Addım-addım getməyə çalışaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
75
futbolpress.az

1Источники