RU

Tramp Nobel Sülh Mükafatına namizəd oldu


ABŞ Prezidenti Donald Tramp 2025-ci il Nobel Sülh Mükafatına namizədlər siyahısına daxil edilib.
Yeniavaz.com
xəbər verir ki,  bu barədə İspaniyanın “Pais” qəzeti Oslo Sülh Araşdırmaları İnstitutunun (PRIO) direktoru Nina Qregerə istinadla məlumat yayıb.  
Məlumata görə, bu il Nobel Sülh Mükafatına 244 fiziki şəxs və 94 təşkilat olmaqla 338 namizəd təqdim edilib.
“Pais” yazır ki, rəsmi siyahı dərc edilməsə də, Nobel Komitəsinə müşavirlik xidməti verən PRIO direktoru Trampın namizədlər arasında olduğunu təsdiqləyib.
Qeyd edək ki, oktyabrın 10-da Komitə Nobel Sülh Mükafatının qalibini elan edəcək.
Избранный
39
yeniavaz.com

1Источники