Başqırdıstanın paytaxtı Ufada dəhşətli hadisə baş verib.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı kişi üç yaşlı qızını pəncərədən atıb
Hadisə anbaan kameralar əks olunub. 4-cü mərtəbədən yerə düşən azyaşlı qız sağ qalıb, o xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirilir. Hadisədən dərhal sonra ata saxlanılıb. İlkin məlumatlara görə, şəxs cinayəti törədən zaman ayıq olub. Kişi hələ də hüquq-mühafizə orqanlarına öz motivlərini izah edə bilməyib.