AZ

Gəncədə 4 avtomobil toqquşub, xəsarət alanlar var

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Changan", "Toyota AUQA", "Mercedes" və "Hyundai" markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
62
5
apa.az

10Mənbələr