RU

Bosniya və Hersoqovinanın İtkin düşmüş şəxslər İnstitutu ilə Dövlət Komissiyası Memorandum imzaladı

BAKI, 9 oktyabr. TELEQRAF

Bosniya və Hersoqovinanın İtkin düşmüş şəxslər İnstitutu ilə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası arasında anlaşma Memorandumu imzalanıb.

Teleqraf xəbər verir ki, Memorandumu Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Bosniya və Herseqovina İtkin Düşmüş Şəxslər İnstitutunun İdarə Heyətinin sədri Marko Yurişiç imzalayıb.

Qeyd edək ki, Memorandum İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda imzalanıb.

Xatırladaq ki, konfrans Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən təşkil olunub.

Избранный
18
28
teleqraf.com

10Источники