Azərbaycan Dəmir Yolları (ADY) bu ilin 9 ayı ərzində 296 blok-qatar, o cümlədən 113 tranzit qatar qəbul edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 39% artım deməkdir.
Qeyd olunan dövrdə ümumilikdə 103 134 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricisindən (86 413) təxminən 20 faiz çoxdur.