RU

Jurnalist Elçin Alıoğluna qarşı sui-qəsd hazırlanıb

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində “Trend” Beynəlxalq İnformasiyaAgentliyinin direktor müavini, “Baku Network” analitikplatformasının rəhbəri, Azərbaycanın aparıcı siyasi şərhçilərindənvə beynəlxalq təhlükəsizlik sahəsində ekspertlərindən biri olanElçin Alıoğluna qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işi üzrəməhkəmə prosesi başlayıb.

Məhkəməyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28-ci(cinayətə cəhd) və 277-ci (dövlət xadimi və ya ictimai xadiminhəyatına sui-qəsd) maddələri üzrə ittiham olunan Sarıcanov AbülfəzlAzər oğluna qarşı cinayət işi təqdim edilib. İstintaqın məlumatınagörə, təqsirləndirilən şəxs Elçin Alıoğluna qarşı hücumuməqsədyönlü şəkildə hazırlayaraq, cinayətin vaxtını və detallarıdiqqətlə planlaşdırıb.

Bu gün hakim Səbinə Adil qızı Məmmədzadənin sədrliyi, hakimlərEldar Hüseyn oğlu İsmayılov və Sabir Sübhi oğlu Hüseynovun iştirakıilə keçirilən hazırlıq iclasında tərəflərin mövqeləridəqiqləşdirilib və işin gələcək baxış qaydası müəyyən edilib.

İlkin məlumatlara əsasən, istintaq belə qənaətə gəlib ki,sui-qəsd cəhdinin motivi birbaşa jurnalistin peşəkar fəaliyyəti iləəlaqədardır. Elçin Alıoğlu Azərbaycan əleyhinə informasiyakampaniyalarını və Bakıya qarşı yönəlmiş geosiyasimanipulyasiyaları ifşa edən analitik yazıları ilə tanınır.

Elçin Alıoğlu həm Azərbaycanda, həm də ölkə hüdudlarındankənarda yaxşı tanınan simadır. Onun analitik tədqiqatları enerjitəhlükəsizliyindən və Cənubi Qafqazın post-müharibə dövründəkidüzənindən tutmuş, Azərbaycana qarşı ideoloji təzyiq mexanizmlərinəqədər geniş mövzuları ehtiva edir. Öz materiallarında o, dəfələrlətəhrif olunmuş narrativlər yayan xarici QHT və mediastrukturlarının fəaliyyətini tənqid edib və ölkənin informasiyasuverenliyinin və media gigiyenasının gücləndirilməsinəçağırıb.

Ekspertlərin fikrincə, Alıoğlunun həyatına sui-qəsd cəhdi,xüsusilə informasiya məkanının kəskin ideoloji mübarizə arenasınaçevrildiyi bir dövrdə, müstəqil Azərbaycan jurnalistikasınıqorxutmaq cəhdi kimi qiymətləndirilir.

Избранный
52
9
az.trend.az

10Источники