RU

Kremldən İlham Əliyev və Putinin görüşü ilə bağlı açıqlama

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşü ərəfəsində Rusiya tərəfi nikbindir: prezidentlər münasibətlərdə yığılıb qalan an bütün məsələləri müzakirə edə biləcəklər.

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

"Hazırda biz Putinin Tacikistana gözlənilən dövlət səfərini müzakirə edirik. Bizim çox geniş gündəliyimiz var. Ayrılıqda, təbii ki, söhbət Rusiya-Azərbaycan münasibətlərindən gedir. 

İki prezidentin bu gün görüşməsi barədə razılıq əldə olunub. Nəticənin necə olacağını görəcəyik. Biz buna nikbin yanaşırıq. Ümid edirik ki, prezidentlər ikitərəfli münasibətlərimizin hazırkı vəziyyətini müzakirə edəcək və bütün qalan məsələləri həll edəcəklər", - Kreml sözçüsü izah edib.

O qeyd edib ki, oktyabrın 7-də Putinlə İlham Əliyev arasında telefon danışığı yaxşı, müsbət və konstruktiv olub və həmin söhbət zamanı qarşıdan gələn görüşlə bağlı razılıq əldə olunub.

Ağarza Elçinoğlu 

Избранный
51
50
unikal.az

10Источники