Xaçmaz rayonunun Qıraqlı kəndində bədbəxt hadisə baş verib. 1news.az APA-ya istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Qafarlı Mehriban Sərdar qızının meyiti yaşadığı evdə aşkarlanıb. Onun dəm qazından boğularaq öldüyü bildirilir. M.Qafarlı 5 ilə yaxındır ki, Qıraqlı kənd tam orta məktəbində müəllim işləyirdi. Faktla bağlı araşdırma aparılır.