BAKI, 9 oktyabr. TELEQRAF
Xaçmazda dəm qazından zəhərlənmə nəticəsində ölüm hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, oktyabrın 8-də Qafarlı Mehriban Sərdər qızı yaşadığı Xaçmaz rayonu, Qıraqlı kəndindəki fərdi yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.