RU

.“Crocus” terrorunun şahidləri məhkəmədə ifadə verdi

BAKI, 9 oktyabr. TELEQRAF

Rusiyada “Crocus Siti Holl”da törədilən terror aktı ilə bağlı məhkəmə iclasında hadisədən zərərçəkmişlər ifadə veriblər.

Teleqraf TASS-a istinadən xəbər verir ki, zərəçəkmişlər atəş səslərindən, izdihamdan və yanğından danışıblar.

Zərərçəkmişlərdən biri məhkəmədə bildirib ki, konsert zalında olarkən digər tamaşaçıların “dəhlizdə dəli olmuş adamlar hamını güllələyir” qışqırıqlarını eşidib.

Digər şahid isə atıcıları görmədiyini, lakin çoxsaylı atəş səsləri eşitdiyini deyib. Daha bir zərərçəkmiş qadın bildirib ki, zaldan təxliyə zamanı binanı bürüyən boğucu və kəskin tüstü nəfəs almağa və hərəkət etməyə imkan vermirdi.

Избранный
6
teleqraf.com

1Источники