RU

Fransada bədbəxt hadisə: Məşhur idman jurnalisti həyatını itirdi

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tanınmış idman jurnalisti Qiyom di Qratsiya 52 yaşında həyatını itirib.

Oxu.Az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Bildirilib ki, jurnalist Fransanın Qar departamentində keçirilən korrida festivalında baş vermiş bədbəxt hadisədən iki gün sonra ölüb.

Hadisə zamanı öküzlərin atlı mühafizəçilərin nəzarəti altında şəhər küçələrinə buraxılması prosesi həyata keçirilirmiş. Məhz həmin vaxt jurnalist ağır xəsarətlər alıb.

Xatırladaq ki, Qiyom di Qratsiya uzun illər "Eurosport" telekanalında çalışıb və idman jurnalistikasında tanınmış sima kimi yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
oxu.az

1Источники