RU

Fransa Makrona qarşı impiçment təklifini RƏDD EDİR

Fransa Milli Assambleyasının Bürosu Fransa prezidenti Emmanuel Makronun impiçmenti təklifini qəbuledilməz hesab edib.

Busaat.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti yazıb.

Təklif müxalifətdə olan solçu “Fransa tabe olmayanlar” partiyası tərəfindən irəli sürülüb. Makronun partiyasının bütün üzvləri təşəbbüsün əleyhinə, Sol, Yaşıllar və Sosialistlər isə lehinə səs verib. Milli Mitinq Partiyasının üzvləri səsvermədə bitərəf qalıblar.

Bundan əvvəl Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Makronun impiçmentinə çağırıb. Siyasətçinin bəyanatı Fransada parlamentin buraxılmasından və növbədənkənar seçkilərdən sonra siyasi vəziyyətin pisləşməsi fonunda verilib. Filippotun sözlərinə görə, Fransa lideri hakimiyyəti saxlamaq üçün hər şeyə hazırdır.

“Bu nəzarəti istənilən halda onun dostu – Respublika Konstitusiya Şurasının rəhbəri Riçard Ferran təmin edəcək! Ona görə də Makron dərhal kənarlaşdırılmalıdır! Onu impiçment edin”,-deyə Flippot yazıb.

Yeganə

Избранный
44
6
busaat.az

7Источники