RU

Saxlanıldıqları bildirilmişdi, xaricdəymişlər

Türkiyə polisinin oktyabrın 8-də keçirdiyi əməliyyat nəticəsində saxlanıldığı bildirilən müğənnilər Simge Sağın və Ziynet Salinin vəkilləri açıqlama yayıb.

“Yeni Sabah” xəbər verir ki, onlar hər iki sənətçinin saxlanılması barədə məlumatın həqiqət olmadığını deyiblər. 

Vəkillərin sözlərinə görə, S.Sağın və Z.Salin hazırda xaricdədirlər. Pepperoni pizza

“Simge bir həftədir həm istirahət, həm də klip çəkilişi üçün Amerikadadır. Hazırda bizə bu məsələ ilə bağlı rəsmi şəkildə təqdim olunmuş hər hansı məlumat yoxdur”, - onun vəkili bildirib.

Ziynet Salinin vəkili Cemil Cem Eribol hüquqlarını müdafiə etdiyi müğınninin saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərək deyib:

“Ziynet Salinin saxlanıldığına dair mətbuatda və social mediada yayılan məlumatlar doğru deyil. Müvəkkilim sadəcə ifadə verməyə dəvət olunub, lakin xaricdə olduğu üçün qayıtdıqdan sonra ifadəsini verəcək. Eyni zamanda qeyd etmək istəyirəm ki, müvəkkilim Ziynet Sali heç vaxt siqaret belə çəkməyib. Onun sözügedən mövzus və şəxslərlə heç bir əlaqəsi yoxdur. Fikrimizcə, müvəkkilim Ziynet Sali o siyahıya təsadüfən daxil edilib”.

Aydan Hacı


Telegram kanalımız
Избранный
73
1
yenisabah.az

2Источники