RU

Terroru maliyyələşdirməkdə ittiham edilənlərin məhkəməsində şahidlər dindirilib

Terroru maliyyələşdirmədə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi vəsatətlə çıxış edib.

Xəqani Ömərovun vəkili məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə cinayət işinə xitam verilməsini xahiş edib.

Məhkəmə vəsatəti əsassız olduğu üçün təmin etməyib.

Sonra prosesdə şahidlər ifadə veriblər.

Daha sonra iş üzrə şahid qismində cəlb edilmiş 4 nəfərin iştirakı olmadan istintaqa verdikləri ifadələr elan edilib.

Избранный
27
10
aznews.az

10Источники