RU

ABŞ-la sazişə yaxın idik, İsrail qoymadı... – Arakçı

Tehran və Vaşinqton nüvə sazişi əldə etməyə yaxın idi, lakin İsrail ABŞ-ı İrana hücum etməyə inandıra bildi.

Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı sosial şəbəkə səhifəsində yazıb.

“Mayın 23-də danışıqların 5-ci raunduna gedərkən yazmışdım: Sıfır nüvə silahı = bizim razılaşmamız var. Sıfır zənginləşdirmə = bizim razılaşmamız yoxdur. ABŞ prezidenti həmsöhbətimizin qeyd etdiyi həmin danışıqların protokollarına baxsaydı, İranla yeni və tarixi nüvə sazişini imzalamağa nə qədər yaxın olduğumuzu görərdi”, - o bildirib.

Arakçı İsrail kəşfiyyatının İranın kütləvi qırğın silahları hazırlamaq planları barədə iddialarını yalan adlandırıb:

“İsrail indi bizim müdafiə imkanlarımızdan xəyali təhlükə yaratmağa çalışır. İndi amerikalılar İsrailin sonsuz müharibələrində iştirak etməkdən yorulublar”.

Избранный
62
3
axar.az

4Источники