RU

Cüdo millimiz Açıq Asiya Turnirinə qatılacaq

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

11–12 oktyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya Turniri keçiriləcək. Sport24.az bildirir ki, ölkəmizi yarışda ümumilikdə 12 çəki dərəcəsində 25 cüdoçu (18 kişi, 7 qadın) təmsil edəcək.

İdmançılarımıza kişilərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa-Herkenrat-Vimar rəhbərlik edəcək.

Qeyd edək ki, turnirdə 10 ölkədən 251 idmançı (159 kişi, 92 qadın) qüvvəsini sınayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
1
sport24.az

3Источники