RU

Şlotterbek “Borussiya” ilə yeni müqavilə imzalaya bilər

Dortmundun “Borussiya” klubunun mərkəz müdafiəçisi Niko Şlotterbek yaxın vaxtlarda klubla yeni müqavilə bağlaya bilər.

90deqiqe.Az "Bild”ə istinadən xəbər verir ki, futbolçunun hazırkı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır. Almaniya millisinin üzvü yeni anlaşma çərçivəsində mövsümə 10 milyon avro məvacib almaq istəyir (vergilər istisna olmaqla).

 24 yaşlı müdafiəçinin xidmətində Madridin “Real”ı və “Bavariya” da maraqlıdır.

Qeyd edək ki, Şlotterbek menisk zədəsindən tam sağaldıqdan sonra cari mövsümdə artıq 4 oyunda meydana çıxıb, bir sarı vərəqə alıb, lakin məhsuldar hərəkətlə yadda qalmayıb.

Избранный
76
90deqiqe.az

1Источники