Amerikalı pop ulduz Britni Spirs bədbəxt hadisə nəticəsində xəsarət alıb.
"Ölkə.az" Milli.az-a istinadən xəbər verir ki, ifaçı dostunun evində pilləkənlərdən yıxılaraq ayağını zədələyib. Müğənni bu barədə instaqram hesabında paylaşım edib.
Spirs bildirib ki, hadisə zamanı ciddi ağrı hiss edib və sınıqdan şübhələnib:
"Dostumun evində pilləkənlərdən yıxıldım. Həqiqətən dəhşətli idi. Sınıq olub-olmadığını bilmirdim, amma indi daha yaxşıyam".
Britni əlavə edib ki, hazırda vəziyyəti sabitdir və sağalma prosesi davam edir. Onun paylaşdığı videoda ayağının hələ də sarğıda olduğu görünür.