Azərbaycan milli komandasında ayrılıq yaşanıb.
"Hurriyyet.Az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, qapıçılar üzrə məşqçi Kamran Ağayev komandadan uzaqlaşdırılıb. Ayxan Abbasov baş məşqçi təyin edildikdən sonra K.Ağayevlə müqaviləyə xitam verildiyi bildirilir.
O, yığmanın Fransaya qarşı Bakıda keçiriləm təlim-məşq toplanışında iştirak etməyib.
Maraqlıdır ki, sabiq baş məşqçilər Canni De Byazi və Fernandu Santuşun dönəmində əsas yığmada qapıçı məşqçisi işləyən keçmiş qolkiper aşağı yaş qruplarında da işlə təmin edilməyib.
Qeyd edək ki, Kamran Ağayev 2022-ci ildən Azərbaycan yığmasında çalışırdı.