RU

Bank olmayan kredit təşkilatları dərin böhrana düşdülər...


Kamran Məmmədli: “BOKT-ların daha effektiv fəaliyyət göstərə bilməsi üçün onların səlahiyyətlərinin artırılması zəruridir”

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, 2025-ci ilin birinci yarısında bank olmayan kredit təşkilatları (BOKT) sektorunda maliyyə vəziyyəti pisləşib. Belə ki, sektorun aktivləri 3 faiz azalaraq 963 milyon manata düşüb, xalis kredit portfeli isə 6,3 faiz azalıb.

Həmçinin BOKT-lar hesabat dövrünü 13,2 milyon manat zərərlə başa vurub. Nəticədə rentabellik göstəriciləri – ROA və ROE mənfi 2,7 və 2,9 faiz səviyyəsində formalaşıb. Ümumilikdə, BOKT-ların maliyyə vasitəçiliyində rolu aşağı olaraq qalır.

Qeyd edək ki, bu təşkilatlar kredit xidmətləri göstərsələr də, əmanət qəbul etmək və bəzi digər bank əməliyyatlarını yerinə yetirmək səlahiyyətlərinə malik deyillər. Onlar əsasən kiçik və orta sahibkarlığı dəstəkləyən, həmçinin bank xidmətlərinə çıxışı məhdud olan müştərilərə yönəlib.

BOKT sektorundakı bu geriləmə nə ilə bağlı ola bilər? Sektorun dayanıqlığının artırılması və kredit portfelinin keyfiyyətinin bərpası üçün hansı addımlar atılmalıdır?

“BOKT-larili zərərlə başa vursa da, onların fəaliyyətinin dayandırılması sahibkarların verəcəyi qərardan asılıdır”

Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bank olmayan kredit təşkilatları (BOKT) banklarla eyni statusda deyil: “BOKT-lar yalnız kredit verə bilən qurumlardır, banklar daha geniş funksiyalar həyata keçirir. Belə ki, banklar kredit verir, əmanət qəbul edir, hesablar açır, köçürmələr həyata keçirir, nağd əməliyyatlar aparır və valyuta mübadiləsi ilə məşğul olur. BOKT-lar isə kredit vəsaitini əksər hallarda elə banklardan alırlar. Bu da onların kredit faizlərinin nisbətən yüksək olmasına səbəb olur. İnsanlar BOKT-lara, əsasən banklardan kredit ala bilmədikdə müraciət edir”.

Həmsöhbətimizin dediyinə görə, kredit ittifaqları neçə ildir ki, ilizərərlə başa vurur: "Bu qurumlar ili zərərlə başa vursa da, onların fəaliyyətinin dayandırılması sahibkarların verəcəyi qərardan asılıdır. Onu da deyim ki, kredit təşkilatlarında da minimumnizamnamə kapitalı məsələsi var. Təşkilatların minimum nizamnamə kapitalı böyük məbləğ deyil. Ümumiyyətlə, kredit ittifaqları ölkənin maliyyə sektoru üçün əhəmiyyətli qurum deyil. BOKT-ların daha effektiv fəaliyyət göstərə bilməsi üçün onların səlahiyyətlərinin artırılması zəruridir. BOKT-ların ixtisaslaşması üçün onların hüquq və funksiyaları müəyyən qədər genişləndirilməlidir. Bu addım həm rəqabəti gücləndirər, həm də maliyyə bazarında balans yaradardı".

Günel CƏLİLOVA

Избранный
60
baki-xeber.com

1Источники