RU

Açıq Asiya turnirində Azərbaycanı 25 cüdoçu təmsil edəcək

11–12 oktyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya Turniri keçiriləcək.

Operativ Media xəbər verir ki, ölkəmizi yarışda ümumilikdə 12 çəki dərəcəsində 25 cüdoçu (18 kişi, 7 qadın) təmsil edəcək.

İdmançılarımıza kişilərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa-Herkenrat-Vimar rəhbərlik edəcək.

Qeyd edək ki, turnirdə 10 ölkədən 251 idmançı (159 kişi, 92 qadın) qüvvəsini sınayacaq.

Heyəti təqdim edirik:

Kişilər

-60 kq

Hüseyn Allahyarov

Amin İsmayılov

Murad Muradlı

Babarəhim Mirzəyev

-66 kq

Kənan İsmayılov

Tofiq Məmmədov

Elşən Əsədov

Bəhram Qurbanlı 

Qasım Vəlizadə

-73 kq

Kamran Süleymanov

İbrahim Əliyev

Rüfət Şövlətov

Nəriman Mirzəyev

-81 kq

Cəsur İbadlı

Mehdi Abbasov 

-90 kq

Naim Hüseynov

-100 kq

Elmar Qasımov 

+100 kq

Camal Feyziyev

Qadınlar

-48 kq

Diana Tçkayeva

-52 kq

Gültac Məmmədəliyeva

-57 kq

Ülviyyə Bayramova

-70 kq

Südabə Ağayeva

Aytac Qardaşxanlı

-78 kq

Günel Həsənli

Nərmin Əmirli

Избранный
81
1
operativmedia.az

3Источники