Slovakiyanın Baş naziri Robert Fiko Avropa Komissiyasını (AK) qərar qəbul edərkən anti-Rusiya qərəzini aradan qaldırmağa çağırıb.
Missiya.Az xəbər verir ki, bu barədə "Lenta" məlumat yayıb.
Fikonun sözlərinə görə, Rusiyanın enerji təchizatından imtina etmək Avropa İttifaqı üçün "dizdən vurulan zərbə" olacaq.
"Lütfən, o anti-Rusiya eynəklərini Avropa Komissiyasının gözündən götürün. Əgər belə etsəniz, biz daha rasional və normal qərarlar qəbul edəcəyik", - Fiko vurğulayıb.
İlahə Qənbərli
Missiya.Az