AZ

Avropa Komissiyası “anti-Rusiya eynəklərini” çıxarmalıdır- Slovakiya

Slovakiyanın Baş naziri Robert Fiko Avropa Komissiyasını (AK) qərar qəbul edərkən anti-Rusiya qərəzini aradan qaldırmağa çağırıb. 

Missiya.Az xəbər verir ki, bu barədə "Lenta" məlumat yayıb.

Fikonun sözlərinə görə, Rusiyanın enerji təchizatından imtina etmək Avropa İttifaqı üçün "dizdən vurulan zərbə" olacaq.

"Lütfən, o anti-Rusiya eynəklərini Avropa Komissiyasının gözündən götürün. Əgər belə etsəniz, biz daha rasional və normal qərarlar qəbul edəcəyik", - Fiko vurğulayıb.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
62
1
missiya.az

2Mənbələr