RU

“Düşbərə” və “Basqal” kafelərində çöl quşlarının baytar nəzarəti olmadan saxlanıldığı aşkarlanıb (FOTO)

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqçərçivəsində Lənkəran rayonunun Şiləvar kəndində fəaliyyətgöstərən, Hənifəyev İlqar Əliəhəd oğluna məxsus “Düşbərə” kafesindəvə Cəlilabad rayonunun Qurtuluş küçəsində fəaliyyət göstərən,Əliyev Məhəmməd Həmzə oğluna məxsus “Basqal” kafesində çölquşlarının baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığıaşkarlanıb.

Trendxəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, sahibkarlıq subyektlərinə quşların xüsusimühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinəcavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdətəmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariyatədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib.

"Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğunzəruri tədbirlər görüləcəyi bildirilib.
Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrindəvə ailəvi istirahət məkanlarında saxlanılması və nümayişetdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və quşlarıninsanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və biolojitəhlükəsizliyin pozulması kimi risklər yaradır.
Monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyintələblərinin pozulması halları aşkarlanarsa, Agentlik tərəfindənmüvafiq inzibati tədbirlər görüləcək",- deyə Agentlikdən qeydedilib.

“Düşbərə”
“Düşbərə”
“Düşbərə”
“Düşbərə”
Məqalədə:
Избранный
118
3
az.trend.az

10Источники