RU

Mbappenin səfər yorğunluğu - Arda Gülər paylaşdı

 "Real" klubunun türk yarımmüdafiəçisi Arda Gülər sosial şəbəkədə maraqlı paylaşımı ilə diqqət çəkib.

90deqiqe.Az-ın məlumatına görə,o, komanda yoldaşı Kilian Mbappenin təyyarədə yatarkən çəkilmiş fotosunu paylaşıb. Söhbət UEFA Çempionlar Liqasının ümumi mərhələsinin ikinci turu çərçivəsində Qazaxıstandan dönüş zamanı çəkilən görüntüdən gedir.

Fransalı hücumçu paylaşımın şərh bölməsində “Bu asan səyahət olmadı, qardaş” sözlərini yazıb.

Xatırladaq ki, “Kral klubu” səfərdə “Kayrat”la qarşılaşıb və rəqibini 5:0 hesabı ilə məğlub edib. Görüşdə Mbappe het-trikə imza ataraq qələbədə əsas pay sahibi olub.

"Real" növbəti turda Xabi Alonsonun rəhbərlik etdiyi komanda ilə – İtaliyanın "Yuventus" klubu ilə üz-üzə gələcək.

Избранный
27
29
90deqiqe.az

9Источники