Netanyahu qeyd edib ki, bu silahlar "planetdə heç bir supergücdə yoxdur". O, həmçinin İsrailin ABŞ-yə təkcə hücum deyil, həm də müdafiə texnologiyaları və kəşfiyyat məlumatları ilə də dəstək verdiyini vurğulayıb.
Trampın Qəzza planı
ABŞ Prezidenti Donald Tramp isə sentyabrın 29-da Qəzzadakı vəziyyətin tənzimlənməsi üzrə 20 bəndlik planını açıqlayıb. Təklif girovların 72 saat ərzində azad edilməsi şərti ilə dərhal atəşkəsi nəzərdə tutur.
Plana görə, HƏMAS və digər qruplaşmalar Qəzza zolağının idarəçiliyində iştirak etməməlidirlər. Zolağa nəzarət isə Trampın rəhbərlik etdiyi beynəlxalq qurumun nəzarətindəki texnokratik hakimiyyətə keçməlidir.
Tramp bazar günü planının birinci mərhələsinin, yəni İsrail-Fələstin münaqişəsinin tənzimlənməsi və girovların azad edilməsi prosesinin bir həftə ərzində başa çatacağını bildirib.