RU

"Çelsi" "Nottingem Forest"in müdafiəçisini transfer etmək istəyir

"Çelsi" "Nottingem Forest"in müdafiəçisi Murillo ilə maraqlanır.

Operativ Media xəbər verir ki, bu haqda "Daily Express" məlumat yayıb.

Mənbənin məlumatına görə, londonluların baş məşqçisi Enzo Mareska müdafiə xəttini gücləndirmək üçün 23 yaşlı braziliyalının transferinin tərəfdarıdır.

Murillo 2025/26 mövsümündə bütün yarışlarda beş matçda iştirak edib və qol vura bilməyib. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.

"Transfermarkt" futbolçunun transfer dəyərini 55 milyon avro qiymətləndirir.

Избранный
64
operativmedia.az

1Источники