Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən yarışının qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, finalda Azərbaycan millisi Özbəkistanla qarşılaşıb.
Görüş millimizin inamlı qələbəsi ilə başa çatıb - 3:0. Qolları Şahmar Nağızadə, Vahid Məmmədov və Tərlan Qurbanəliyev vurublar. Bununla da yığmamız III MDB Oyunlarının qalibi olub.
Qeyd edək ki, III MDB Oyunları çərçivəsində sentyabrın 28-dən oktyabrın 7-dək davam edən çövkən üzrə yarışda 6 ölkənin – Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Küveyt yığmaları mübarizə aparıb. Yarışın yekun nəticəsinə əsasən, Azərbaycan millisi birinci, Özbəkistan komandası ikinci, Qırğızıstan komandası isə üçüncü yeri tutub.