RU

Elnur Əliyev: Azərbaycan regionda İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biridi

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Azərbaycan regionda İslam Əməkdaşlıq Təşkilatının (İsƏT) fəal üzvlərindən biridir və üzv dövlətlərlə siyasi, iqtisadi və mədəni əlaqələrə böyük əhəmiyyət verir".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev II Azərbaycan Halal Biznes (AZHAB) Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib:

"Ölkəmizin islam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. 2017-ci ildə ölkəmizdə "İslam Həmrəyliyi İli" çərçivəsində həyata keçirilən tədbirlər də müsəlman ölkələri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə töhfə verib".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
104
oxu.az

1Источники