Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 4 idman növü üzrə yarışlar baş tutacaq.
"Cebheinfo.az" xəbər verir ki, Şəkidə çövkən üzrə Azərbaycan və Özbəkistan yığmaları qızıl medal üçün üz-üzə gələcək. Həmçinin, bədii gimnastika üzrə yarışlar təşkil olunacaq.
Gəncə İdman Sarayında qılıncoynatma üzrə mükafatçılar müəyyənləşəcək.
Gəncə İdman Kompleksində isə yunan-Roma güləşi üzrə medalçılar bəlli olacaq.
Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
"Cebheinfo.az"