RU

III MDB Oyunları: Bu gün 4 idman növü üzrə yarışlar baş tutacaq

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 4 idman növü üzrə yarışlar baş tutacaq.

AZƏRTAC xəbər verir ki, Şəkidə çövkən üzrə Azərbaycan və Özbəkistan yığmaları qızıl medal üçün üz-üzə gələcək. Həmçinin, bədii gimnastika üzrə yarışlar təşkil olunacaq.

Gəncə İdman Sarayında qılıncoynatma üzrə mükafatçılar müəyyənləşəcək.

Gəncə İdman Kompleksində isə yunan-Roma güləşi üzrə medalçılar bəlli olacaq.

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Избранный
15
5
yeniazerbaycan.com

10Источники