RU

PSJ-nin futbolçusu millimizə qarşı oynamayacaq

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə qarşılaşacaq Fransa millisinin heyətində dəyişiklik edilib.

İdmanxeber.az xəbər verir ki, Fransa Futbol Federasiyası bu barədə rəsmi açıqlama yayıb.

PSJ-nin futbolçusu Bredli Barkola zədə səbəbindən komandadan kənarlaşdırılıb. Onun yerinə “Lill”in hücumçusu Florian Toven milliyə dəvət olunub.

Didye Deşamın rəhbərlik etdiyi Fransa yığması oktyabrın 10-da Parisdə Azərbaycan, 13-də isə Reykyavikdə İslandiya ilə qarşılaşacaq.

Избранный
75
idmanxeber.az

1Источники