RU

"Oxu.Az Türkçe" 1 yaşında!

"Global Media Group"un tərkibində fəaliyyət göstərən və Azərbaycanın ən geniş oxucu auditoriyasına sahib xəbər portallarından biri olan Oxu.Az-ın türk dilində versiyası - "Oxu.Az Türkçe" bu gün fəaliyyətinin 1-ci ilini qeyd edir!

Ölkə.Az xəbər verir ki, bir il öncə yayım həyatına başlayan "Oxu.Az Türkçe" qərəzsiz, dürüst və etibarlı xəbərçilik prinsiplərinə sadiq qalaraq, eyni zamanda Azərbaycanın və türk dünyasının milli maraqlarını qorumağı əsas məqsəd seçib.

"Komandamız oxucularımıza yerli, regional və qlobal miqyasda genişspektrli xəbərləri 24/7 fasiləsiz şəkildə təqdim etmək üçün yorulmadan çalışır.

Bu səylərin nəticəsində cəmi bir il ərzində "Oxu.Az Türkçe" veb-sayt üzərindən dörd milyondan çox, sosial media platformaları vasitəsilə isə 10 milyonlarla oxucuya çatmağın haqlı qürurunu yaşayır", - deyə 1 yaşını qeyd edən mətbu qurum bildirir.

Həmçinin vurğulanır ki, bu, son deyil: "Əksinə, fəaliyyətimizdə mühüm bir mərhələnin başlanğıcıdır. Müasir informasiya dövründə operativ və düzgün xəbər axınının təmin olunması yalnız peşəkarlığın göstəricisi deyil, həm də sağlam və güclü cəmiyyətin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır".

Saytın qarşısında böyük məqsədlər var və "Oxu.Az Türkçe" komandası bu məqsədlərə doğru oxucularıın dəstəyi ilə inamla irəliləyir:

"Sizə xidmət etmək bizim üçün ən böyük motivasiya və ilham mənbəyidir.

Bizi dəstəklədiyiniz, bizimlə olduğunuz üçün sizlərə minnətdarıq!"

Ölkə.Az "Oxu.Az Türkçe" kollektivini təbrik edir, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayır.

Избранный
21
1
olke.az

2Источники