BAKI, 7 oktyabr. TELEQRAF
Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə vətəndaşlara qatarılan ƏDV-nin həcmi açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, 2025-cü ilin yanvar - sentyabr aylarında yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi 22 milyon 670,0 min manat təşkil edib.