RU

Tbilisidə iğtişaşlarla bağlı 13 nəfər saxlanılıb

Gürcüstan hüquq-mühafizə orqanları oktyabrın 4-də Tbilisidə prezident sarayına hücum cəhdindən sonra 13 nəfəri saxlayıb. Bu barədə Daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə bildirib.

Onun sözlərinə görə, ilkin araşdırma mərhələsində hüquq-mühafizə orqanları 15 şübhəli şəxs müəyyən edib, onlardan 13-ü məhkəmə qərarı ilə saxlanılıb.

Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına əsasən, toqquşmalar nəticəsində altı etirazçı və 21 polis əməkdaşı yaralanıb, onlardan biri ağır vəziyyətdədir.

Baş nazir İrakli Kobaxidze bildirib ki, iğtişaşların bütün iştirakçıları “hakimiyyətin devrilməsinə cəhd edən qrupun üzvləridir” və hadisənin xarici xüsusi xidmət orqanları tərəfindən təşkil olunduğunu iddia edib.

Oktyabrın 4-də Gürcüstanda 64 bələdiyyəyə, o cümlədən Tbilisi, Kutaisi, Batumi, Poti və Rustavidə bələdiyyə seçkiləri keçirilib. Səslərin sayılması davam edir.

Kobaxidze deyib ki, hakim “Gürcü arzusu” partiyası bütün bələdiyyələrdə 70%-dən çox səs qazanıb.

N.Təbrizli

Избранный
21
26
anews.az

10Источники