RU

Suriya ordusu ilə SDQ arasında atəşkəs barədə razılığa gəlinib

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Suriya ordusu ilə PKK/YPG terrorçuları ("Suriya Demokratik Qüvvələri" - SDQ) arasında atəşkəs barədə razılığa gəlinib.

"Report" bu barədə Suriyanın "Əl-İxbariyyə" telekanalına istinadən xəbər verir.

Bildirilib ki, razılaşma ilə Hələbdə qarşılıqlı şəkildə qarşıdurmaya son qoyulub.

Xatırladaq ki, oktyabrın 6-sı gecə saatlarından etibarən SDQ orduya qarşı minaatanlardan istifadə etməklə hücuma keçib. Suriyanın təhlükəsizlik qüvvələri isə buna qarşılıq verib. Nəticədə bir hərbçi ölüb, üçü isə yaralanıb. Həmçinin xəsarət alan 25 mülki şəxs də xəstəxanaya yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
72
1
azpolitika.info

2Источники