RU

ABŞ Ədliyyə Nazirliyi kartellərə qarşı zərbələri əsaslandıran hüquqi sənəd hazırlayıb

ABŞ Ədliyyə Nazirliyi genişləndirilmiş kartellər və ehtimal olunan narkotacirlərə qarşı zərbələri əsaslandıran məxfi hüquqi sənəd hazırlayıb.

APA xəbər verir ki, bu barədə CNN məsələdən məlumatlı mənbələrə istinadən xəbər verib.

Kanalın bildirdiyinə görə, nazirlik tərəfindən hazırlanmış və daha əvvəl mətbuata açıqlanmamış bu sənəddə qeyd olunur ki, prezident amerikalılar üçün birbaşa təhlükə yaradan geniş dairədəki kartellərə qarşı ölümcül qüvvə tətbiqini sanksiyalaşdırmaq səlahiyyətinə malikdir.

Məlumata görə, sənəddə adı çəkilən kartellərin siyahısı ABŞ administrasiyasının artıq rəsmi şəkildə terror təşkilatı kimi tanıdığı qruplarla məhdudlaşmır.

Избранный
34
apa.az

1Источники