Rusiya paytaxtında kirayənişin qalan
Dağıstan vətəndaşı olan azərbaycanlı ev sahibi tərəfindən qətlə yetirilib. Moderator.az-ın
APA-ya istinadən verdiyi məlumata görə, hadisə avqustun 9-da paytaxtın
Zavodskiy küçəsində baş verib. Həmin küçədə yerləşən mənzildə azərbaycanlı
Elxan Abazov, Çeçenistan sakinləri Ramzan Merjoev və Hüseyn Germixanovun
cəsədləri aşkarlanıb. Onların dəmir küt alətlə qətlə yetirildiyi müəyyənləşib.
Aparılan araşdırmalar nəticəsində məlum
olub ki, qətlə yetirilən şəxslər həmin mənzildə kirayədə qalıblar. Rusiya
hüquq-mühafizə orqanları qətli törətməkdə şübhəli bilinən iki qafqazlını
saxlayıb. Həmin qafqazlılar qətlə yetirilənlərin tanışları olublar. Lakin onlar
qətli törətmədiklərini, sadəcə olaraq dostlarının yanına gəldiklərini və bu mənzərə
ilə qarşılaşdıqlarını söyləyiblər.
Hüquq-mühafizə orqanlarının keçirdiyi
əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən iki Ukrayna
vətəndaşı saxlanılıb. Onların adı hələlik açıqlanmır. Onlardan birinə qarşı
Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 ci maddəsi ilə (iki və daha çox
adamı qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Digər ukraynalıya
isə cinayəti bilib gizlətmə maddəsi ilə cinayət işi açılıb.
Qətlin səbəbi kimi kirayənişinlərin kirayə
haqqını verməməsi bildirilib. Lakin qətlə yetirənlərin qohumları bu versiyanı
inkar edirlər. Onların sözlərinə görə, Elxan Abazov və Hüseyn Gemirxanov xeyli
müddətdir ki, həmin mənzildə kirayə qalıblar, kirayə haqqını da əvvəlcədən
ödəyiblər. Merjoev isə həmin gün onlara qonaq gəlib. Qohumların bildirdiklərinə
görə, mərhumların üzərində külli miqdarda pul olub: “Çox güman ki, onları həmin
pula görÉ™ qÉ™tlÉ™ yetiriliblÉ™râ€x9d.