RU

“Napoli" mənim karyeram üçün vacib addımdır”

“Napoli”nin hücumçusu Rasmus Hoylund İtaliyadakı startı və komandasının “Cenoa” üzərində 2:1 hesablı qələbəsi barədə danışıb.

90deqiqe.Az "TUTTOmercatoWEB”ə istinadən xəbər verir ki, o, həmçinin klubun baş məşqçisi Antonio Konte ilə bağlı fikirlərini bölüşüb.

“Düşünürəm ki, ‘Cenoa’ ikinci hissədə yorulmuşdu. Komanda yoldaşlarım fasilədən sonra əla iş gördülər — biz təzyiqi davam etdirdik və bu, iki qol vurmağımıza imkan verdi. Konte top-məşqçidir. Buraya gəlmişəm, çünki bilirdim ki, bu mənim üçün karyeramda vacib bir addımdır. ‘Napoli’ əla klubdur və yaşamaq üçün möhtəşəm yerdir. Bu, indi mənim karyeram üçün lazım olan şeydir”

Qeyd edək ki, Rasmus Hoylund 2025-ci ilin sentyabrında “Mançester Yunayted”dən icarəyə götürülərək “Napoli”yə transfer olunub. Cari mövsümdə o, bütün turnirlərdə klub üçün 6 oyunda iştirak edərək 4 qol vurub.

Избранный
25
90deqiqe.az

1Источники