ABŞ əyalət hökuməti Tramp administrasiyasına qarşı iddia qaldırıb
İllinoys ştatı hökuməti Tramp administrasiyasına qarşı federal iddia qaldıraraq, ştata Milli Qvardiya qoşunlarının yerləşdirilməsinin qanunsuz olduğunu iddia edib. Tramp bundan əvvəl Çikaqoya 300 Milli Qvardiya hərbçisi göndərmişdi. Şəhərdəki etirazlar zamanı silahlı Sərhəd Xidməti əməkdaşları etirazçılara qarşı kimyəvi qıcıqlandırıcı maddələrdən istifadə ediblər.