RU

ASAN İnnovativ İnkişaf Mərkəzində “AI Zone” otağı yaradılıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” ilə “Atəşgah” Sığorta Şirkəti ASC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sənədi “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Elçin Əhmədov imzalayıblar.

Memorandum çərçivəsində ASAN İnnovativ İnkişaf Mərkəzində “AI Zone” otağı yaradılıb və burada praktiki süni zəka təlimlərinin təşkili nəzərdə tutulur.

Həmçinin tərəflər innovativ maarifləndirmə və korporativ sosial məsuliyyət sahələrində birgə layihələrin icrasını, tələbə təcrübə proqramlarının həyata keçirilməsini təmin edəcəklər.

İmzalanma mərasimindən sonra tərəflər “AI Zone” otağının imkanları və gələcək təlim konsepsiyası ilə tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
5
azertag.az

6Источники