RU

Təmizkarlığı ona sərvət gətirdi: Evindən tapdığı lotereyadan elə məbləğ qazandı ki...

ABŞ-ın Virciniya ştatının sakini Alfreda Xokins təmizlik işləri apararkən unudulmuş lotereya biletini tapıb və zəngin olub.

Publika.az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.

Xokins şkaflardan birində köhnə bilet qutusuna rast gəldiyini və biletləri yoxladıqda onlardan birinin ona 100 min dollar (təxminən 170 min AZN) qazandırdığını söyləyib.

O, həmin an yaşadığı hissləri “demək olar ki, huşumu itirdim, bu heyrətamiz idi” sözləri ilə ifadə edib. A.Xokins gözlənilməz uduşunu hələ nəyə xərcləyəcəyinə qərar vermədiyini də bildirib.

Избранный
63
publika.az

1Источники